mobil versiya

Avropa Məhkəməsində Rusiyaya qarşı 17 minə yaxın iddia var



Avropa İnsan Hüquqları Məhkəməsində Rusiyaya qarşı 16 750 iddia var.

Bu barədə qurumun sədri Şiofra Oliri bildirib.
Onun sözlərinə görə, Moskvanın Avropa İnsan Haqları Konvensiyasından çıxmasına baxmayaraq, ərizələrə  baxılacaq.
“Rusiya 2022-ci ilin mart ayından etibarən Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlığı dayandırsa da, məhkəmənin 2022-ci il sentyabrın 16-dan əvvəl törədilmiş hərəkətlərlə bağlı Rusiyaya qarşı şikayətlərə baxmaq səlahiyyəti var”, – sədr deyib.
Rusiya 2022-ci ilin martında Avropa Şurasından və Avropa İnsan Hüquqları Konvensiyasından çıxdığını rəsmən elan edib. Həmçinin bildirib ki, Avropa Məhkəməsinin qərarlarına onların Rusiya Konstitusiyasına uyğun gələcəyi təqdirdə əməl edəcək.
KARUSEL / DÜNYA
Tarix: 26-01-2023, 18:24