mobil versiya

Qazaxıstanda əcnəbilər üçün sərt qaydalar qüvvəyə mindi



Qazaxıstanda immiqrantların ölkəyə girişi və qalmasının yeni qaydaları qüvvəyə minib.

Qaydalar Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin vətəndaşlarına da aid olacaq.
Qanunvericiliyə müvafiq dəyişiklikləri yanvarın 17-də respublika hökuməti təsdiq edib. Hökumət bəyan edir ki, digər ölkələrin vətəndaşları, o cümlədən ruslar qanuni qalma şərtlərini yeniləmək üçün dövlətin sərhədlərini keçə bilməyəcəklər.
İndi Aİİ-dən olan əcnəbi vətəndaşların Qazaxıstanda qalma vaxtı hər 180 təqvim günü ərzində 90 təqvim günü ilə məhdudlaşdırılır.
Qazaxıstanla vizasız rejimə malik olan digər ölkələrin sakinləri üçün respublikada qalma limiti 30 gündür.
Bu müddət keçərsə, ölkəni tərk etmiş əcnəbinin ölkəyə girişinə icazə verilməyəcək.

KARUSEL / DÜNYA
Tarix: 27-01-2023, 12:59