İran səfirinin qızı ölü tapıldı - VİDEO
İranın Rusiyadakı səfiri Mehdi Sanainin qızının ölüm xəbəri yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "112" nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, Arifə Sanai Moskvadakı evinin yaxınlığında ölü tapılıb.
Bəzi məlumatlara görə, 28 yaşlı Arifə Sanai intihar edib. Amma İran səfirliyindən RBK-ya bildirilib ki, o, ürək tutmasından ölüb.
Qeyd edək ki, atasının işinə görə, Arifə Sanai dörd il ərzində iki ölkədə yaşayıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, səfirin qızı vətənində daima psixoloq müşahidəsində olub. O, təxminən on il ərzində həkimin məsləhəti ilə sakitləşdirici həblər qəbul edib.
KARUSEL / DÜNYA / HADİSƏ / ÖLKƏ
Tarix: 22-10-2019, 15:53