Axtarışda olan 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 15-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarılan 110 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.
KARUSEL / HADİSƏ
Tarix: 16-02-2023, 13:04