mobil versiya

Ləziz Kudratov: Azərbaycanla ticarət dövriyyəsi 1 milyard dollara çatdırılmalıdır



Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılmalıdır.
AZƏRTAC Özbəkistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov deyib.
“Biz qarşıya yeni vəzifə qoymuşuq ki, 5 il ərzində Azərbaycan ilə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara çatdıraq. Bu, xüsusilə, hər iki ölkənin bazarlarına tələb olunan məhsulların təklifini artırmaqla, üçüncü ölkələrdən idxalın aktiv şəkildə əvəzlənməsi hesabına mümkün olacaq. Özbəkistan Azərbaycandan idxalı 500 milyon dollara, ixracı isə 600 milyon dollara çatdıra bilər”, - deyə nazir qeyd edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-02-2023, 18:09