Yunanıstanda qatarların toqquşması nəticəsində ölənlərin sayı artıb
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 46-ya çatıb, 57 nəfər yaralanıb.
Yunanıstanın dövlət televiziyasının məlumatına görə, yaralıların 6-sının vəziyyəti ağırdır. Qəza zamanı baş verən yanğın səbəbindən oradan çıxarılan bəzi cəsədlər tanınmaz hala düşüb. Qəzadan sonra paytaxt Afinada etirazlar başlayıb, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib.
Yunanıstan hökuməti ölkə tarixində ən dəhşətli qatar
qəzasından sonra üçgünlük matəm elan edib. Bu gün Afina və Salonikidə nümayişlərin keçiriləcəyi gözlənilir.
KARUSEL / DÜNYA
Tarix: 2-03-2023, 18:39