Nardaran sakini avtomatla polis bölməsinə getdi
Nardaran qəsəbəsində yaşayan vətəndaş avtomatını polis bölməsinə təhvil verib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən REPORTYOR.AZ-a məlumat verilib.
Verilən məlumata görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbəsində yaşayan D.Yaxşıbəyov “AK-74” markalı silahı və həmin silaha aid 24 ədəd 5,45 çaplı patronu könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil verib.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 24-10-2019, 17:44