mobil versiya

Qazaxıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb



Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik missiyasını başa vurub.
Bu  barədə o, jurnalistlərlə görüşdə deyib.
Diplomat dörd il ölkəmizdə olmasını yekunlaşdıraraq deyib: “Azərbaycan mənim qəlbimdə və bütün ailəmizin qəlbində xüsusi yer tutur. Bizim qızımız burada doğulub... Mən həmişə qardaş Azərbaycan xalqının xoş münasibətini və dəstəyini hiss etmişəm. Burada özümüzə çoxlu dost və həmfikir tapmışıq. Ən başlıcası, mən hamımızın çoxdan gözlədiyimiz böyük Qələbənin şahidi olmuşam. Bu Qələbə ölkələrimizi və xalqlarımızı daha sıx birləşdirib və mən, əlbəttə, Azərbaycanı bir qədər kədərlə tərk edirəm”.
Xatırladaq ki, Serjan Abdıkarimov 2019-cu il sentyabrın 30-dan Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri vəzifəsini tuturdu. Bu vəzifədə o, 2019-cu il iyul ayında ölkə parlamentində Qazaxıstan Prezidentinin Nümayəndəliyinin rəhbəri təyin olunmuş Beybit İsabayevi əvəz edib.
Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri təyin edilənə qədər Çexiyada və əvəzçiliklə Slovakiyada diplomatik missiyanın rəhbəri olub. İngilis, fransız, Koreya və İndoneziya dillərini bilir.
Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı yeni səfirinin adı hələ bildirilmir.
 

KARUSEL / SİYASƏT
Tarix: 14-03-2023, 17:49