mobil versiya

İsveçli futbolçu Azərbaycan millisi ilə oyun ərəfəsində zədələnib


AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə qarşılaşacaq İsveç millisinin bir futbolçusu zədələnib.
Müdafiəçi Karl Starfelt sıradan çıxıb.
28 yaşlı mərkəz müdafiəçisi Şotlandiya klubu “Seltik”in heyətində ölkə kubokunun 1/4 final mərhələsində “Harts”la qarşılaşmada zədələnib. “Seltik”in 3:0 hesablı qələbə qazandığı qarşılaşmanın fasiləsindən sonra meydana çıxmayan Starfelt buna baxmayaraq, İsveç yığmasına dəvət edilib.
Skandinaviya təmsilçisinin baş məşqçisi Yanne Andersson müdafiəçinin zədələnməsindən xəbərdar olduğunu bildirib: “Starfeltin zədəsi elə də ciddi deyil. Ancaq yenə də durumunu məşqlərdə bir daha görəcəyik”.
Qeyd edək ki, İsveç millisi martın 24-də Belçika, 27-də isə Azərbaycan yığmasını Solnada qəbul edəcək.(Report)



KARUSEL / İDMAN
Tarix: 17-03-2023, 11:39