Avstriya yığması Azərbaycanla oyun ərəfəsində daha bir itki ilə üzləşib
Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun ərəfəsində daha bir itki ilə üzləşib.
Müdafiəçi Filipp Lienhart sıradan çıxıb.
Almaniyanın “Frayburq” klubunun oyunçusu Avropa Liqasının 1/8 final mərhələsində İtaliya təmsilçisi “Yuventus”la (0:1) səfər qarşılaşmasının ikinci hissəsində zədələnərək əvəzlənib. Bud nahiyəsindən xəsarət alan Lienhartın bu səbəbdən millinin qarşıdakı matçlarına çağırılması gözlənilmir.
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniyanı qəbul edəcək. Daha əvvəl yarımmüdafiəçi Ksaver Şlager və müdafiəçi David Alabanın Azərbaycan yığması ilə görüşü buraxacaqları açıqlanıb.(Report)
KARUSEL / İDMAN
Tarix: 10-03-2023, 10:51