mobil versiya

Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək



AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Belçika yığmasının yeni baş məşqçisi CV vasitəsilə seçiləcək.
Belçika Futbol Assosiasiyası artıq bununla bağlı rəsmi saytda elan verib.
Bildirilib ki, Roberto Martinesin xələfi hazırkı məşqçilər heyəti ilə işləməli və yığmanı yeni uğurlara aparmalıdır. Bundan başqa, yeni baş məşqçi ilə bağlı əlavə kriteriyalar da tələb kimi qoyulub.
Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də İsveçə qarşı keçirəcək. Həmin gün Azərbaycan millisi Avstriyanın qonağı olacaq.

KARUSEL / İDMAN
Tarix: 15-12-2022, 18:10