mobil versiya

Yaponiyada içərisində 10 nəfər olan helikopter radarlardan itib



Yaponiyanın özünümüdafiə qüvvələrinə məxsus helikopter Okinava prefekturasının Miyakocima adası yaxınlığında yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə 11:40) radarlardan itib.
Bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, “UH-60” tipli çoxməqsədli helikopterdə 10 nəfər heyət üzvü olub.
Müdafiə Nazirliyinin və sahil mühafizə xidmətinin gəmi və helikopterləri axtarış işlərinə cəlb olunub.
KARUSEL / DÜNYA
Tarix: 6-04-2023, 14:52