mobil versiya

Cinayət Məcəlləsinin özbaşına tikinti işləri aparma ilə bağlı maddəsində cinayət məsuliyyəti nəzərdə tutulacaq



Parlamentdə Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Qanun layihəsi Milli Məclisin aprelin 7-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1-ci maddəsinə təklif edilən dəyişiklik, özbaşına tikinti işləri aparma ilə bağlı maddənin redaksiyasının Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə uyğunlaşdırılmasını nəzərdə tutur.
Cinayət Məcəlləsinə əlavə olunması təklif edilən yeni 314-4-cü maddə isə Milli Məclisin müzakirəsinə təqdim edilmiş "Qaz təchizatı haqqında", "Elektroenergetika haqqında" və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik olunması barədə qanun layihələrindən irəli gəlir. Belə ki, həmin qanun layihələrində şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə qoşulmasının qadağan edilməsinin hüquqi əsasları müəyyən olunur. Bundan irəli gələrək, qanunun tələblərinin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin əməllərinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması təklif edilir.


KARUSEL / CƏMİYYƏT
Tarix: 7-04-2023, 14:25