mobil versiya

Malavidə “Freddie” qasırğası nəticəsində ölənlərin sayı 1000-ə çatıb



Afrikanın cənub-şərq sahillərində tüğyan edən “Freddie” qasırğası nəticəsində Malavidə ölənlərin sayı 1000-ə nəfərə yüksəlib.
Bu barədə Malavi Prezidenti Lazarus Çakvera mətbuata açıqlamasında məlumat verib. Dövlət başçısı təbii fəlakət nəticəsində yarım milyon insanın evlərini tərk etmək məcburiyyətində qaldığını, evlərin, körpülərin, binaların dağıldığını, yollara, enerji xətlərinə və kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəydiyini bildirib.
Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) fevral ayında başlayan və bir aydan çox davam edən “Freddie”nin tarixin ən uzunmüddətli qasırğası ola biləcəyini demişdi.

KARUSEL / DÜNYA
Tarix: 13-04-2023, 15:28