mobil versiya

Qanunsuz balıq ovlayan şəxslər cərimələnib



Xəzər dənizi, Mingəçevir su anbarı və Kür çayında qanunsuz balıq ovlayan şəxslər cərimələnib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
Onun sözlərinə görə, Dövlət Xidməti əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xaçmaz rayonu akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakinləri Məmmədağa Ağayev, Rahim Osmanov, Mingəçevir şəhər sakini Araz Qədirov, Xaçmaz rayon sakini Ələkbər Qasımov, Zərdab rayon sakini Elnur Süleymanov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.


KARUSEL / CƏMİYYƏT
Tarix: 14-04-2023, 17:09