mobil versiya

İranın sonuncu şahının oğlu İsrailə səfərə gedəcək



İranın sonuncu şahının böyük oğlu Reza Pəhləvi yaxın günlərdə İsrailə səfər edəcək.
Bu barədə bazar günü İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, İran İslam inqilabından əvvəl vəliəhd şahzadə titulu olan xarici qonağı İsrailin kəşfiyyat naziri Qila Qamliel qəbul edəcək.
Bildirilri ki, səfər çərçivəsində R.Pəhləvi bu il aprelin 17-dən 18-dək İsraildə qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü ilə bağlı rəsmi mərasimlərdə iştirak edəcək.
Bundan əlavə, İsraildə olduğu müddətdə o, yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirməyi, İsrailin su təmizləmə texnologiyaları ilə tanış olmağı, Qüdsdəki Qərb divarını ziyarət etməyi, İsrailə köçmüş İran yəhudiləri icması və Bəha dininin nümayəndələri ilə söhbət etməyi planlaşdırır.

KARUSEL / DÜNYA
Tarix: 17-04-2023, 09:27