mobil versiya

Azərbaycanın müdafiə naziri Qazaxıstana rəsmi səfər edib



Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.

KARUSEL / CƏMİYYƏT
Tarix: 18-04-2023, 16:34