mobil versiya

Məşədi Dadaş məscidinə imam təyin olunub



Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.
Bunu bu gün jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, məscidə yeni təyinatlar olacaq.
“Əli Şərbətovun təqdimatı bu gün olacaq. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin olunacaq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Məşədi Dadaş məscidinin əvvəlki imamı Hacı Şahin Həsənli idi.

KARUSEL / CƏMİYYƏT
Tarix: 2-05-2023, 11:44