mobil versiya

"İkinci Dünya Müharibəsi dövründə taleyini Polşa ilə bağlamış bir çox Azarbaycan oğulları var idi" - Səfir




"Biz Polyaklar, 1918-ci ildə siyasi müstəqillik əldə etmiş və tezliklə yubileyini qeyd edəcəyimiz Azərbaycan Xalq Cümhuriyyətini yaratmış Azərbaycan xalqının əzmkarlığını  xatırlayır və hörmətlə yanaşırıq".

Reportyor.az
xəbər verir ki, bunu Polşa Konstitusiyasının qəbulunun 232-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyinin keçirdiyi rəsmi qəbulda Səfir  Rafał Poborski çıxışında deyib: "3 May Konstitusiyası ilə simvollaşdırılan əbədi azadlıq ruhunu rəhbər tutaraq polyaklar bu Cümhuriyyətin yaradılmasında və inkişafında iştirak etdiyini xatırlayırıq. Onların arasında Azərbaycan Ordusunun Baş Qərargah rəisi, ordu generali Maçey Sulkeviç, ədliyyə nazirinin müavini Olqerd Kriçinski, Nazirlər Şurası Administrasiyasının rəhbəri Leon Kriçinski və başqaları da var. Polyak əsilli Stanislav Vonsoviç 1918-ci ilin dekabrında yaradılmış ilk Azərbaycan parlamentinin üzvü olub. Təəssüf ki, Azərbaycanın müstəqilliyi uzun sürmədi və bolşeviklər tərəfindən işğal olundu. Polşa Ordusunun zabiti olmuş, 1939-cu ildə alman və sovet təcavüzünə qarşı müdafiə müharibəsində vuruşmuş, sonra Polşanın yaradılmış gizli Daxili Ordusunda xidmət etmiş polkovnik Vəli bəy Yadigar kimi o zamanlar, yəni İkinci Dünya Müharibəsi dövründə taleyini Polşa ilə bağlamış bir çox Azarbaycan oğulları var idi".

Ölkə Konstitusiyasının yaranmasından danışan diplomat deyib ki, 232 il əvvəl, 1791-ci il mayın 3-də Varşavadakı Kral Qalasında birləşmiş Polşa Krallığı və Litva Böyük Hersoqluğunun parlamenti dünyada ikinci (ABŞ-dan sonra), Avropada isə ilk müasir əsas qanun - dövlət quruluşunu tənzimləyən Konstitusiya qəbul olundu. O, yeni sistemi müəyyən etdi və bu ölkədə müxtəlif dinlərə mənsub olan bir çox xalqların azadlıq və hüquqlarını təsdiqlədi. Təəssüf ki, Konstitusiyanın qəbulundan az sonra Polşa Litva Dövləti aqressiv qonşularının mütləq monarxiyalarının zərbələri altına düşdü. Lakin xalqın yaddaş daimi bir mifə, növbəti 123 il ərzində milli müstəqilliyi bərpa etmak üçün mübarizə aparan polyakların istinad nöqtəsinə çevrildi, nəhayət, 1918-ci ildə Polşa dövləti yenidən dirçəldi.

Polşa-Azərbaycan əlaqələrinə toxunan R.Poborski deyib ki, bu əlaqələr uzun tarixi mövcud əlaqələrimiz üçün yaxşı əsasdır.
Onlar dinamik şəkildə inkişaf edir, o cümlədən bu yaxınlarda fevral ayında Bakıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən müntəzəm siyasi məsləhətləşmələr. İki həftə əvvəl Polşa Prezidenti və Polşa Parlamentinin hər iki palatasının Sədrləri tərəfindən qəbul edilmiş Milli Məclisin Sadri Sahibə Qafarovanın Polşaya səfəri də parlamentlərarası əlaqələrində artığını görsədir. O, bu ilin fevralında Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə ikitərəfli Hökumətlərarası Komissiyanın iclasını da xatırladıb: "Şübhəsiz ki, əməkdaşlığımızın ən mühüm sahələrindən biri iqtisadiyyatdır. Biz burada müsbət dinamikanı müşahidə etməkdən şadıq, belə ki, bu ilin yanvar-fevral aylarının statistikasına əsasən, Polşanın Azərbaycana ixracı 98%-dən çox, Azərbaycanın isə Polşaya ixracı 5,5 dəfədən çox artıb. Ölkələrimizin sahibkarlarının ikitərəfli əməkdaşlığa marağı artır. Yalnız son aylarda Səfirliyimiz azərbaycanlı tərəfdaşlar üçün Polşaya bir sıra işgüzar missiyaların təşəbbüskarı olub".
Rəsmi hissədən sonra Polşanın “Pawie Pióra” (Tovuzquşu Lələkləri) qrupunun ifasında Polşa xalq rəqsləri təqdim olunub.

KARUSEL / SİYASƏT
Tarix: 4-05-2023, 11:31