mobil versiya

Mənzil alan fiziki şəxsə hansı halda ƏDV geri qaytarılır?



Mənzil alan fiziki şəxsə hansı halda ƏDV geri qaytarılır?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, Vergi Məcəlləsinin 165.6-cı maddəsində Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması nəzərdə tutulub.
Eyni zamanda, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilib.
Həmçinin vətəndaşların məlumatlandırılması məqsədilə DVX-nin saytında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb. Bölmədə qeyd olunanlarla tanış olaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizəni müvafiq qaydada təqdim edə, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət etmək mümkündür.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-05-2023, 09:21