Əfqanıstanda jurnalistlərə qarşı zorakılıq artıb
Əfqanıstanda media vəziyyəti pisləşib və ötən il jurnalistlərə qarşı zorakılıq halları 64 dəfə artıb.
“Khaama Press” Əfqanıstan Jurnalistlər Mərkəzinin (AFJC) apardığı araşdırama istinadla xəbər verir ki, zorakılıq hadisələrinin əksəriyyəti, o cümlədən jurnalistlərə və media işçilərinə qarşı təhdidlər və həbslər “Taliban” hökumət qurumları tərəfindən həyata keçirilib.
Xəbərdə deyilir ki, bir nəfər öldürülüb, 21 nəfər yaralanıb, 6 nəfər fiziki təzyiqə məruz qalıb, 115 nəfər təhdid edilib, 70 jurnalist saxlanılıb, onlardan ən azı ikisi hələ də “Taliban” nəzarətindədir.
AFJC həmçinin, Əfqanıstanın 600 media orqanının təxminən yarısı maliyyə çətinlikləri və hakim rejimin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fəaliyyətini dayandırdığını bildirib.
Aprelin əvvəlində Əfqanıstanda jurnalistlər bir daha ölkədəki “Taliban” rejimi altında informasiyaya çıxışın olmamasını pisləyib və bunun onların vaxtında işıqlandırılmasını itirməsi ilə nəticələndiyini söyləyib. Onlar həmçinin bildirib ki, de-fakto hakimiyyət onlarla heç bir əməkdaşlıq etmir.
Məlumata çıxışın olmaması Əfqanıstanda 2021-ci ilin avqustunda “Taliban”ın ölkəyə nəzarəti ələ keçirməsindən sonra jurnalistlər üçün əsas problemlərdən biri olub.
KARUSEL / DÜNYA
Tarix: 5-05-2023, 16:29