"Azərkosmos" və “SpaceX” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
"Azərkosmos" ABŞ-nin “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
"APA-Economics" xəbər verir ki, müqavilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərkosmos" və “SpaceX” şirkəti arasında keçirilən görüşdə imzalanıb.
Müqaviləyə əsasən "Azərkosmos" və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.
"Azərkosmos" tərəfindən ölkəmizdə artıq uğurla sınaqdan keçirilən “Starlink” peyk internet xidmətləri dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər tərəfindən istifadə oluna bilər.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-05-2023, 13:07