Şotlandiya – Fransa matçı azərbaycanlı hakimə həvalə olunub

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
O, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində mayın 17-də keçiriləcək Şotlandiya - Fransa qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.
Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi mayın 17-dən iyunun 2-dək Macarıstanda keçiriləcək.
KARUSEL / İDMAN
		
		Tarix: 16-05-2023, 17:46 
		  
		 
		 
		 
		 
		  		


























