mobil versiya

Fransa ilə oyunda məşhurlaşan isveçrəli futbol fanatına aviabilet hədiyyə olundu




Futbol üzrə İsveçrə milli komandasının çılğın azarkeşi yığmanın Fransa seçməsi ilə 1/8 final matçından sonra məşhurlaşan şəxsə bilet hədiyyə olunub.

REPORTYOR.AZ "Oxu.az"a istinadən xəbər verir ki, İsveçrə Hava Yolları (Swiss Air) ona gözlənilməz hədiyyə edib.

Aviaşirkət gənc futbolsevərə Sankt-Peterburq şəhərinə uçmaq üçün bilet təqdim edib. Belə ki, İsveçrə futbolçuları Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində İspaniya yığmasıyla məhz burada üz-üzə gələcəklər.

Qeyd edək ki, matç iyulun 2-də keçiriləcək və Bakı vaxtilə saat 20:00-da başlayacaq.
MARAQLI / SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 1-07-2021, 22:48