Rəsədxana: Geomaqnit sahəsinin aktiv olacağı gözlənilir
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəşin səthində 8 ləkə qrupu və 140 ləkə müşahidə olunur.
Mayın 12-si və 17-də baş vermiş tac kütlə atılmalarının təsiri ilə geomaqnit sahəsi aktivləşib, mayın 20-dən geomaqnit qasırğası başlayıb. Qasırğa G2 (orta) səviyyəsinə kimi yüksəlib və mayın 24-dək davam edəcəyi gözlənilir.
Mayın 22-dən 24-dək S1 səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı var.
Tac kütlə atılmalarının təsiri davam etdiyindən və mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin) əlavə olunacağına görə Günəş küləyinin sürətinin yuxarı səviyyədə qalacağı proqnozlaşdırılır.
Mayın 24-dən etibarən geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.
KARUSEL / CƏMİYYƏT

Tarix: 22-05-2023, 16:48