mobil versiya

Troyan virusundan necə qorunmaq olar?



Hazırda dünyada ən geniş yayılmış kompüter virusu proqramı Troyandır.
Troyan virusundan qorunmaq üçün bir sıra qaydalara əməl etmək tövsiyə olunur.
Trend onların bəzilərini təqdim edir:
Qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.
1) “Anti-malware” proqramını mütəmadi yeniləyin;
2) Rəsmi olmayan mənbədən tətbiq yükləməyin;
3) Sistemdə “firewall”ı aktivləşdirin;
4) USB fləş-kartı açmazdan öncə antivirus proqramı ilə yoxlayın;
5) Fişinq mesajlara qarşı ehtiyatlı olun.
Qeyd edək ki, bu virusun ən özəl xüsusiyyəti, kompüter sistemini tədricən, amma mükəmməl şəkildə məhv etməsidir. Troyan proqramlarının adı "Troya atı" ifadəsindən götürülüb. Bu atın içərisində gizlənən əsgərlər Troya müharibəsinin taleyini həll ediblər.

KARUSEL / CƏMİYYƏT
Tarix: 2-06-2023, 16:05