Veb-brauzerlərdən təhlükəsiz istifadə qaydaları
Veb-brauzerlərdən istifadə zamanı bir sıra qaydalara əməl etməyiniz tövsiyə olunur.
Elektron Təhlükəsizlik Xidməti xəbər verir ki, təhlükəsizlikdən əmin olmaq üçün sadalananlara xüsusi diqqət yetirin:
- Ünvan xanasında “https” və yaxud kilid işarəsi qeyd olunmayan saytlara daxil olmaqdan çəkinin;
- “Pop-up blocking” funksiyasını aktivləşdirin;
- Veb-brauzeri bağlamadan öncə onlayn hesablarınızdan çıxış etdiyinizdən əmin olun;
- Brauzerin keş yaddaşını tez-tez təmizləyin;
- Veb-brauzeri ən son versiyaya yeniləyin.
MARAQLI / KARUSEL
Tarix: 30-05-2023, 15:57