Yüz minlərlə istifadəçinin yazışması ələ keçirilib - Təhlükəli virus
Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər "Joker" adlı yeni təhlükəli troyan virus aşkar ediblər.
BAKU.WS "ICTnews"a istinadən xəbər verir ki, sözügedən troyan "Google Play" mağazasında 24 tətbiqdə aşkar edilib. Virusa yoluxdurulmuş proqramlar ümumilikdə 472 min dəfə yüklənilib.
Troyan yoluxdurulmuş cihazlara zərərverici proqram təminatının yüklənməsi üçün nəzərdə tutulub. Troyan qurbanın qurğusu haqqında informasiya toplayır, onun kontakt siyahısı və mətn mesajlarını köçürür. Əldə edilmiş məlumatlar şifrlənmiş formada cinayətkarların serverlərinə göndərilir.
Həmçinin mexanizm istifadəçini premium-xidmətlərə abunə etdirir. Təhlükəli proqram əsasən ABŞ, Avstraliya, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan istifadəçilərini hədəf alıb.
Məlumata görə, "Google" artıq rəsmi proqramlar mağazasından virusa yoluxdurulmuş bütün proqramları silib.
HADİSƏ / SOSİAL / REDAKTOR SEÇİMİ

Tarix: 6-09-2019, 22:42