Ötən il 15-19 yaş qrupları arasında 2000-dən çox abort qeydə alınıb
2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2 100 abort qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Onlardan 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub.
Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə ümumilikdə 58 min abort qeydə alınıb ki, onlardan da 14 900-ü mini, 500-ü isə dərman vasitələri ilə aparılan abortlar olub.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-06-2023, 15:04