mobil versiya

Ötən sutka ərzində 46 halda yanğına çıxış olub - FİN



Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 46 halda yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində üçü azyaşlı olmaqla 15 nəfər, o cümlədən Qax rayonunda qəflətən sel gəlməsi nəticəsində “Qazel” markalı yük avtomobilinin Əmircan çayında batması nəticəsində təhlükəli vəziyyətdə qalan bir nəfər və Naxçıvan şəhərində dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan 1 nəfər xilas olunub.

KARUSEL / HADİSƏ
Tarix: 7-06-2023, 13:57