mobil versiya

“Neftçi”nin müdafiəçisi Gürcüstan milli komandasına dəvət alıb



Bakının “Neftçi” klubunun müdafiəçisi Solomon Kverkveliya Gürcüstan milli komandasına dəvət olunub.
31 yaşlı futbolçu “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Kipr, üç gün sonra isə Şotlandiya ilə keçiriləcək səfər matçlarına çağırılıb.
Qeyd edək ki, S.Kverkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.




KARUSEL / İDMAN
Tarix: 8-06-2023, 16:31