mobil versiya

Aİ səfirləri Lənkəranda səfərdədir



Avropa İttifaqı ölkələrinin səfirləri Lənkəranda səfərdədir.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko və Aİ səfirləri Lənkəran icra hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüblər.
Lənkəran icra hakimiyyətinin başçısı Aİ səfirlərinə səfər üçün təşəkkür edib. O bildirib ki, Lənkəranda baş tutacaq “Avropa şəhərciyi” tədbiri ilə şəhər sakinləri Avropanı kəşf edəcəklər.

Taleh Qaraşov bildirib ki, “Avropa şəhərciyi” tədbiri Aİ və Azərbaycan arasında münasibətlərin inkişafının məntiqi nəticəsidir. “Bu tədbir sakinlərimizə Aİ-ni, üzv ölkələri, bu ölkələrin mədəniyyətlərini və dəyərlərini tanımağa öyrənməyə imkan verir. Bu tədbir möhtəşəm bir təcrübədir və artıq ənənəyə çevrilib”.
Lənkəran icra başçısı şəhər haqqında onun turizm potensialı barədə diplomatları məlumatlandırıb. O bildirib ki, 2024-cü il üçün Lənkəran Gənclər Paytaxtı elan olunub və bu çərçivədə şəhərdə müvafiq silsilə tədbirlər keçiriləcək.
Aİ səfiri Peter Mixalko deyib ki, Lənkərana səfərindən məmnundur.

KARUSEL / SİYASƏT
Tarix: 9-06-2023, 13:05