mobil versiya

Türkiyə Prezidenti: Müdafiə sənayesi sahəsində üzərimizə düşən vəzifələri bundan sonra da yerinə yetirməkdə davam edəcəyik




Müdafiə sənayesi sahəsində atılacaq addımlar böyük əhəmiyyət kəsb edir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Müdafiə sənayesi sahəsində atılacaq addımlarla yanaşı, bu sahədə təhsil məsələsinin də önəmini vurğulayan Türkiyə Prezidenti deyib: “Bu sahədə üzərimizə düşən vəzifələr var. Bu vəzifələri bu günə qədər yerinə yetirdiyimiz kimi, bundan sonra da eyni qaydada həyata keçirməyə davam edəcəyik”.
KARUSEL / GÜNDƏM
Tarix: 13-06-2023, 15:52