mobil versiya

Bu şəxslər 8 min manat çərimələnəcək


Azərbaycanda dövlət qeydiyyatı ləğv edilən siyasi partiyalarla bağlı yeni cərimə müəyyən edilir.
Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
“Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş hərəkətlər istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsinə, o cümlədən partiya orqanlarının (struktur qurumlanının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsinə və ya fəaliyyət göstərməsinə, toplantılar keçirməsinə, maliyyə əməliyyatlarının aparılmasına, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştiraka görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək cərimələnəck.
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-06-2023, 14:10