mobil versiya

Prokuror Rəşad Dağlıya 11 il həbs cəzası istəyib



Prokuror tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
"Report" xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

KARUSEL / HADİSƏ
Tarix: 7-07-2023, 13:41