Daha 29 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul edilib

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 236 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 29 nəfərinin Vətən müharibəsi iştirakçısı olduğu vurğulanıb.
Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib. O, seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 13-07-2023, 13:53