mobil versiya

Üç ölkənin lideri görüşəcək



Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya Prezidenti Yun Sok-Yol avqustda Amerika liderinin Merilend ştatının Kemp-Devid şəhərindəki iqamətgahında görüşəcəklər.
“Yomiuri” qəzeti xəbər verir ki, danışıqların avqustun 18-də baş tutması planlaşdırılır. Əsas müzakirə mövzularından biri Şimali Koreya ətrafında vəziyyət olacaq. Həmçinin Çin, Ukrayna ətrafındakı vəziyyət, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, üç ölkə lideri arasında sonuncu birgə görüş mayın 21-də Xirosimada keçirilən G-7 sammiti zamanı olub.
KARUSEL / DÜNYA
Tarix: 20-07-2023, 08:54