mobil versiya

Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb


İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
KARUSEL / SİYASƏT
Tarix: 25-07-2023, 22:03