mobil versiya

İƏT XİN rəhbərlərinin Quranın yandırılması ilə bağlı görüşü keçiriləcək



İyulun 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Qurani-Kərimin yandırılması ilə bağlı görüşü keçiriləcək.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani-Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi və İraq bayrağını tapdalayaraq, İslam dinini təhqir edib.
Ötən həftə isə Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani-Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.

KARUSEL / DÜNYA
Tarix: 28-07-2023, 18:03