mobil versiya

İraq İsveçlə iqtisadi əlaqələri dayandırdı



Stokholmda “Qurani-Kərim”in növbəti dəfə təhqir edilməsi aksiyasından sonra İraq İsveçlə iqtisadi əlaqələri dayandırdığını elan edib.
Bir neçə gün əvvəl Stokholmdakı mərkəzi məscidin qarşısında “Qurani-Kərim”in nüsxəsini yandıran 36 yaşlı iraqlı qaçqın Salman Momika iyulun 20-də İraqın İsveçdəki səfirliyinin binasının önündə müsəlmanların müqəddəs kitabını təhqir edib. Bu vandal hərəkət İsveç polisinin razılığı ilə törədilib və İraqda geniş etirazlara səbəb olub. Belə ki, etirazçıların bir qrupu İsveçin Bağdaddakı səfirliyinin binasının yandırıb.
Eyni zamanda, İraq hökuməti İsveçin səfirindən dərhal ölkəni tərk etməyi tələb edib, habelə öz səfirini də Stokholmdan geri çağırıb. Bununla yanaşı, İsveçlə diplomatik münasibətlərin ləğv ediləcəyi ehtimalı da irəli sürülüb.
İraqın rabitə naziri Xəyyam əl-Yasiri elan edib ki, İsveçin İraqda fəaliyyət göstərən bütün kompaniyaları ilə əməkdaşlıq qadağan edilir. Bundan başqa, İsveçin məşhur “Ericsson” telekommunikasiya şirkətinin fəaliyyətinə verilmiş lisenziya da ləğv olunub.

KARUSEL / DÜNYA
Tarix: 20-07-2023, 20:11