İsveçin Bağdaddakı səfirliyinin binası yandırılıb
Stokholm polisinin icazə verdiyi Quran nüsxəsinin yandırılması ilə bağlı yeni aksiyaya etiraz edənlər İsveçin Bağdaddakı səfirliyinə soxulublar.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, nümayişçilər diplomatik nümayəndəliyin binasını yandırıblar. Səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb. İsveçin Bağdaddakı diplomatik missiyasının nümayəndələri agentliyin insidentlə bağlı şərh istəməsinə cavab verməyiblər.
KARUSEL / DÜNYA
Tarix: 20-07-2023, 08:29