mobil versiya

İsveçin İraqdakı səfirliyi bağlandı



İsveçin Bağdaddakı səfirliyi yerli nümayişçilər tərəfindən yandırıldıqdan sonra öz işini dayandırıb.
Diplomatik nümayəndəlikdə pasport və digər sənədlərin verilməsi də müvəqqəti dayandırılıb.
“İyunun 29 və 30-da və iyulun 20-də İsveçin Bağdaddakı səfirliyi qarşısında nümayişlər keçirildiyi üçün səfirlik növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlıdır. Pasportların verilməsi və təcili sənədlərin işlənməsi dayandırılıb”, – məlumatda deyilir.
Qeyd edək ki, səfirlik binası İsveçdə “Quran”ın yandırılmasına etiraz olaraq yandırılıb.

KARUSEL / DÜNYA
Tarix: 20-07-2023, 14:41