mobil versiya

Ukrayna ordusu 14,6 kvadrat kilometr ərazini azad edib



Ukrayna Silahlı Qüvvələri (USQ) ötən həftə ərzində 14,6 kvadrat kilometr ərazini işğaldan azad edib.
“Ukrainskaya Pravda“ xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar “Telegram”da bildirib.
O, Kupyansk, Liman, Baxmut, Avdeevka və Marinka istiqamətlərində ağır döyüşlərin davam etdiyini qeyd edib. Malyar əlavə edib ki, ötən həftə Ukrayna və Rusiya hərbçiləri arasında 170-dən çox döyüş baş verib.
Malyarın sözlərinə görə, rusiyalılar Kupyansk cəbhəsində hücum edərək USQ-nin zəif nöqtələrini tapmağa çalışıblar. O, Rusiya qüvvələrinin xüsusilə də Novoselivske istiqamətində aktiv hücum əməliyyatları apardığını, həmçinin USQ-ni Serebriyanka meşəsindən sıxışdırıb çıxarmağa çalışdığın qeyd edib.
O qeyd edib ki, USQ rusiyalıların hücumlarını dəf edib. Anna Malyar ötən həftə Ukraynanın Baxmutda daha 2 kvadrat kilometr ərazini geri qaytardığını da vurğulayıb.(apa)

KARUSEL / DÜNYA
Tarix: 31-07-2023, 12:59