Hindistan-Çin sərhəd danışıqları dayandırılmayıb
Hindistan-Çin sərhəd danışıqları dayandırılmayıb və son üç ildə əsas gərginlik nöqtələrində irəliləyiş əldə olunub.
Yerli media xəbər verir ki, bunu xarici işlər naziri Subramanyam Cayşankar media ilə görüşündə deyib. Bildirib ki, yaxın vaxtlarda sərhəd danışıqları ilə bağlı daha bir görüş keçiriləcək.
Hindistan və Çin dəfələrlə sərhəd mübahisələri ilə üzləşiblər və bu mübahisələr 1962-ci ilə gedib çıxır. Ən son toqquşma 2020-ci ilin iyununda Hindistan və Çin qoşunlarının Galvan vadisində dava salması zamanı baş verib. Hər iki ölkə sərhəd bölgələrindəki problemlərin həlli üçün bir neçə dəfə hərbi səviyyədə danışıqlar aparır.
Bu il aprelin 23-də Çin tərəfindəki Çuşul-Moldo sərhəd görüş məntəqəsində Hindistan-Çin Korpusunun Komandan Səviyyəli Görüşünün 18-ci raundu keçirilib.
KARUSEL / DÜNYA
Tarix: 8-08-2023, 11:56