mobil versiya

Azərbaycanda müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir



Azərbaycanda müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir.
“AzərEnerji” ASC-nini verdiyi məlumata görə, bu ilin fevral ayında təməli qoyulan və müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər “AzərEnerji” tərəfindən sürətlə davam etdirilir.
Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1 280 meqavatlıq yeni elektrik stansiyasının tikinti işlərini Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri həyata keçirir. Stansiyanın tikintisinə isə İtalyanın AFRY məsləhətçi şirkəti və İspaniyanın İDOM layihələndirmə şirkəti nəzarət edir.
AFRY məsləhətçi şirkətinin nümayəndəsi Salih Turanın verdiyi məlumata əsasən, hazırda işlər sürətlə davam edir və qrafiki 2 ay qabaqlayır: “Tikinti prosesi bitdikdən sonra avadanlıqların montajı davam edəcək. Bu günə kimi heç bir sıxıntı yaşanmayıb və inşallah bundan sonra da yaşanmaz”.
Yaxın vaxtlarda İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndəriləcək. Bu günə kimi 4 ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işləri davam edir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-08-2023, 11:37