mobil versiya

Suriyadan repatriasiya olunmuş şəxslərlə görüş keçirilib



Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər.
Bu barədə Ombudsman Aparatının Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu il avqustun 3-də 13-ü uşaq, 3-ü qadın olmaqla, Suriyadan daha 16 nəfərin Azərbaycana gətirilməsi həyata keçirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıblar.
Görüş zamanı qadın və uşaqların psixoloji durumu öyrənilib, Aparatın nümayəndələrinə onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 9-08-2023, 12:14