mobil versiya

Ən yaşlı avropalı girov azad edilib



Afrikanın Sahel bölgəsində əsirlikdə saxlanılan ən yaşlı Qərb girovu titulunu daşıyan İulian Qerqutun girovluqdan azad edilib.
"The North Africa Post" xəbər verir ki, bu barədə Rumıniya xarici işlər nazirliyi məlumat yayıb.
Nazirlik 2015-ci ildən Sahel bölgəsində saxlanılan rumın girovu İulian Qerqutun azad edilməsinə verdiyi mühüm dəstəyə görə Mərakeş Krallığına təşəkkür edib.
İulian Qerqut 2015-ci ilin aprelində Burkina-Fasoda İslami Məğribdə Əl-Qaidə (AQIM) quruplaşması tərəfindən qaçırılmışdı. 
KARUSEL / DÜNYA
Tarix: 10-08-2023, 13:58