mobil versiya

“Sabah” – “Partizan” oyununa biletlər satılıb



“Sabah”ın bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Serbiya klubu “Partizan”a qarşı keçirəcəyi ev oyununa 5000 bilet satılıb.
Bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
Bildirilib ki, bilet satışı hazırda davam edir. Azarkeşlər biletləri matçın oynanılacağı “Bank Respublika Arena”nın kassasından, həmçinin, “İticket”in satış məntəqələrindən və onlayn saytından əldə edə bilərlər.
Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.


KARUSEL / İDMAN
Tarix: 10-08-2023, 16:57