Azad edilmiş ərazilərdə 7 pestisid poliqonu müəyyənləşdirilib
Azad edilmiş ərazilərdə uzun müddət yığılmış pestisidlər istifadəsiz qalıb və ətraf mühitin çirklənməsinə səbəb olub. Həmin ərazilərdə heç bir dövlət qurumu müvafiq nəzarət-monitorinq tədbirləri həyata keçirə bilməyib.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Böyük Qayıdış Dövlət Proqramında bununla bağlı xüsusi tədbir müəyyənləşdirilib: "Agentlik və bu sahəyə aidiyyəti olan digər qurumlar azad edilmiş ərazilərdə pestisid poliqonlarının yerinin müəyyənləşdirilməsi və orada yığılmış pestisidlərin inventarizasiyasını apararaq onların Cəngi poliqonuna daşınması və həmin ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsini həyata keçirəcək. Bununla bağlı tədbirlərə başlanılıb və ilkin monitorinqlər keçirilib. Azad edilən ərazilərdə 7 belə nöqtə müəyyənləşdirilib. Həmin yerlərdə mina təmizləmə işlərinin aparılması şərtilə orada pestisidlərin köçürülməsi işləri təmin ediləcək".
KARUSEL / CƏMİYYƏT

Tarix: 18-09-2023, 12:26