mobil versiya

Qarabağda yaşayan erməni əhalini dialoqa dəvət edirdik - Hikmət Hacıyev



Artıq 2023-cü ildən etibarən Qarabağda yaşayan erməni əhalini dialoqa dəvət edirdik.
Bu barədə Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirliyində keçirilən brifinqdə deyib.
“Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri idi. Azərbaycan heç bir halda mülki əhaliyə və obyektə zərər yetirmədi”,- deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.


KARUSEL / GÜNDƏM
Tarix: 20-09-2023, 17:35